Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana avtomobillərlə yük gətiriblər
27 Iyun, 2024
Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.
Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.
2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək