AYNA vətəndaşlara müraciət etdi: “Problemlə qarşılaşdığınız taksi barədə məlumatları bizə təqdim edin”
09 Iyul, 2024
Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. hadisə haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılacaq və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görüləcək. Qanuvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.
Digər xəbərlər
18 Sentyabr, 2026
Avtobuslar fasiləsiz xidmət göstərir
18 Sentyabr, 2026
Daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr, 2026
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədəolma müddəti bir saat artırılıb
17 Sentyabr, 2026
AYNA sərnişinlərə müraciət edir!
17 Sentyabr, 2026
2027-ci il üzrə BNF icazələrinin bölgüsü üçün tələb olunan sənədlər