AYNA və UITP arasında əməkdaşlıq imkanları müzakirə edilib
18 Noyabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 tədbirində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Baş katibi Məhəmməd Mezqani ilə görüşüb.
Görüşdə ölkəmizdə ictimai nəqliyyat sahəsində aparılan islahatlar, nəqliyyat sistemində rəqəmsallaşma, optimallaşdırma işləri, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşdə, həmçinin ictimai nəqliyyatdan istifadənin təşviqi, dayanıqlı şəhər mobilliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi sahəsində UITP ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək