AYNA skuter istifadəçilərinə çağırış etdi
10 Sentyabr, 2025
Nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması və fiziki fəallığın artırılması baxımından mikromobillik vasitələrindən istifadə böyük önəm daşıyır. Bu baxımdan AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
Zolaqların əhatəliliyi böyüdükcə, mikromobillik vasitələrindən istifadə edənlərin sayı da artır. Çünki mikromobillik zolaqlarında insanlar özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata bilirlər. Hazırda Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir.
Mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayı artdıqca, təhlükəsizlik məsələsi də əsas prioritetə çevrilir. AYNA tərəfindən mütəmadi olaraq skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı çağırış olunur.
Skuter istifadəçilərinin diqqət etməli olduğu vacib
məqamlar var:
-
Skuter
istifadə edərkən onun texniki sazlığına əmin olmaq lazımdır. Bu zaman əyləc
sistemi, təkərlərin vəziyyəti, işıqlandırma, sükanın idarəetməsi və batareya səviyyəsi
nəzərdən keçirilməlidir;
-
Skuterdən
tək istifadə etmək lazımdır. Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın
pozulmasına səbəb olur, qəza riskini artırır;
-
Skuterdən
istifadə zamanı sükanı iki əllə saxlamaq lazımdır;
-
Skuterdən
istifadə edən zaman riskli manevrlər etmək və yarışmaq olmaz. Bu, həm skuter
istifadəçisi, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır;
-
Mikromobillik
zolağı olmayan hissələrdə yolun sağ tərəfi ilə hərəkət etmək vacibdir;
-
Piyada
zolağına çatdıqda skuterdən enmək və yolu piyada kimi keçmək önəmlidir;
-
Skuterdən
istifadə zamanı yol nişanları, nişanlanma xətləri və işıqforun siqnallarına əməl
etmək mütləqdir;
-
Skuterdə
yüksək səslə musiqi dinləmək məsləhət görülmür. Bu, diqqəti yayındırır,
siqnalları və ətrafdakı səsləri eşitməyə mane olur.
Xatırladaq ki, qanunvericiliyə görə, kiçik elektrik
nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının
pozulmasına görə cərimə müəyyən edilir.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb