AYNA-nın nümayəndələri Naxçıvanda daşıyıcılarla görüşüblər
29 Dekabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri Naxçıvanda beynəlxalq yük daşımalarını həyata keçirən daşıyıcılarla görüşüblər. Görüşdə daşıyıcılara beynəlxalq daşımalara hüquq verən xarici ölkələrin “İcazə” blanklarının və Beynəlxalq Nəqliyyat Forumu icazələrinin kvotası, verilməsi qaydaları izah edilib. Bildirilib ki, aparılan danışıqlarla milli daşıyıcıların tələbinə uyğun sayda icazələr mübadilə olunur və daşıyıcılara verilməsində şəffaflıq, əlçatanlıq və bərabərhüquqluluq təmin edilir.
Naxçıvanda fəaliyyət göstərən daşıyıcıların icazələrə əlçatanlığının artırılması məqsədilə AYNA tərəfindən 2024-cü il ərzində Muxtar Respublikaya 17 800 xarici ölkə “İcazə” blanklarının verildiyi, eləcə də Bakı, Xaçmaz və Yevlax KOB evlərində “İcazə” blanklarının alınması imkanı yaradıldığı diqqətə çatdırılıb.
Görüşdə daşıyıcılara İran, Çin, Orta Asiya və Avropa daşıma bazarları haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, beynəlxalq yük daşımalarının coğrafiyasının genişləndirilməsi, milli daşıyıcıların bazar paylarının artırılması AYNA-nın prioritetlərindəndir. Daşıyıcılara, həmçinin yeni istiqamətlərdə fəaliyyətə başlamaqdan çəkinməmək tövsiyə edilib.
Müzakirələr zamanı daşıyıcılar müxtəlif ölkələrdə qarşılaşdıqları çətinliklərdən danışıblar. Qaldırılan məsələlər AYNA-nın nümayəndələri tərəfindən qeydə alınıb və həlli üçün müvafiq addımların atılacağı bildirilib.
Səfər çərçivəsində AYNA-nın nümayəndələri Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştirakı ilə Sədərək, Culfa və Şahtaxtı sərhəd-keçid məntəqələrində də olacaqlar. Həmçinin qarşı tərəfə keçilməklə, Dilucu sərhəd-keçid məntəqəsində Türkiyənin, Culfa və Poldəşt sərhəd-gömrük keçid məntəqələrində İran tərəfinin aidiyyəti qurumlarının nümayəndələri ilə müzakirələr aparacaqlar.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb