AYNA daha iki marşrut üzrə müasir avtobuslar istifadəyə verir
30 Sentyabr, 2024
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə 1 oktyabr tarixindən 150 nömrəli şəhərətrafı və 60 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə xəttə yeni avtobuslar cəlb edir.
Belə ki, Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində Bilgəh qəsəbəsini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 150 nömrəli şəhərətrafı, həmçinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 60 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə keçirilən müsabiqənin nəticələrinə əsasən, "BakuBus" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşıma müasir və komfortlu avtobuslarla, nağdsız ödəniş əsasında həyata keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dən paytaxtın 171 nömrəli avtobus marşrutu fəaliyyətini dayandırır. Həmin istiqamətdə 150 nömrəli marşrut fəaliyyət göstərəcək.
Digər xəbərlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir