Avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımada əhəmiyyətli artım qeydə alınıb
20 Fevral, 2025
2025-ci
ilin yanvar ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən daşınan 18,4 milyon ton yükün 55,7%-i, 157,2 milyon sərnişinin
isə 87,9%-i avtomobil nəqliyyatının payına düşüb.
Bu, 10,2 milyon ton yük və 138,2 milyon sərnişin daşınması deməkdir və ötən ilin
yanvar ayı ilə müqayisədə müvafiq olaraq 9,8% və 8,4% çoxdur. Sərnişinlərin 95,7%-i avtobus, 4,3%-i isə
taksi xidmətlərindən istifadə edib. Həmçinin avtobusla sərnişindaşımada 8,8%
artım, taksi ilə sərnişindaşımada isə 0,5% azalma qeydə alınıb.
Bu
göstəricilər Azərbaycanın avtomobil nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi,
xidmət keyfiyyətinin artırılması və daşımaların daha effektiv təşkili istiqamətində
görülən işlərin uğurlu nəticəsidir. Yerüstü nəqliyyat sektorunda rəqəmsallaşma,
yeni avtobusların istismara verilməsi və yolların təkmilləşdirilməsi sərnişin və
yük daşımalarının həcminin artmasına əhəmiyyətli təsir göstərmişdir.
Digər xəbərlər
20 Oktyabr, 2026
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
19 Oktyabr, 2026
“Sabah” – “Borussiya Dortmund” oyunu ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək