93 nömrəli marşrutun avtobusları yenilənir
13 Oktyabr, 2025
Paytaxtın Sabunçu dəmiryol stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi
və metronun “Dərnəgül” stansiyası ilə əlaqələndirən 93 nömrəli marşrutda istismar
olunan avtobuslar yenilənir.
Oktyabrın
14-dən sərnişinlərin xidmətinə veriləcək 10 ədəd "King Long" markalı
avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Yeni
avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 11-12 dəqiqə
təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60
AZN müəyyən edilib.
İctimai
nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə
marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam
etdirilir.
Digər xəbərlər
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir
17 Iyul, 2026
“Koroğlu” NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir