9 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
11 Aprel, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin,
marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə
bağlı tədbirlərin davamı olaraq Bakı-Mingəçevir, Bakı-Balakən (Qabaqçöl qəsəbəsi),
Bakı-Tərtər, Bakı-Oğuz, Gəncə-Bərdə, Gəncə-İsmayıllı, Bərdə-Gəncə, Mingəçevir-Şəki
və Mingəçevir-Balakən şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qaliblərini
müəyyən edib.
“Bakı-Mingəçevir”
və “Bakı-Tərtər” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC;
“Bakı-Balakən”
(Qabaqçöl qəsəbəsi) marşrutu üzrə fiziki şəxs Əfəndiyev Ceyhun Fərrux oğlu;
“Bakı-Oğuz”
marşrutu üzrə fiziki şəxs Həmidzadə Qorxmaz Namik oğlu;
“Gəncə-Bərdə”
marşrutu üzrə hüquqi şəxs “Gəncə Ekspress” ASC;
“Gəncə-İsmayıllı”
marşrutu üzrə fiziki şəxs Çobanov Vəli Əsgər oğlu;
“Bərdə-Gəncə”
marşrutu üzrə fiziki şəxs Novruzov Arzuman Rizvan oğlu;
“Mingəçevir-Şəki”
marşrutu üzrə fiziki şəxs Məmmədov Azər Məmməd oğlu;
“Mingəçevir-Balakən”
marşrutu üzrə fiziki şəxs Məmmədov Ayaz Məmməd oğlu komissiya üzvləri tərəfindən
qalib elan olunublar.
Qeyd
edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə
uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd
sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və
rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın
təmin olunmasıdır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb