9 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
18 Iyul, 2025
AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki, Bakı-Ağcabədi, Sabirabad-Gəncə, Gəncə-Qazax, Xankəndi-Bərdə və Şəki-Qax şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
“Bakı-Gəncə”
marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
“Bakı-Zaqatala”
marşrutu üzrə hüquqi şəxs "BakuBus" MMC;
“Bakı-Şəki”
marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
“Bakı-Ağcabədi”
marşrutu üzrə fiziki şəxs Soltanov Səbuhi Adil oğlu;
“Sabirabad-Gəncə”
marşrutu üzrə fiziki şəxs İsmayılov Səmid Nizami
oğlu;
“Gəncə-Qazax”
marşrutu üzrə fiziki şəxslər Həsənov Vüsal Asif oğlu və
Məmmədov Mahir Xaliq oğlu;
“Xankəndi-Bərdə”
marşrutu üzrə fiziki şəxs Rüstəmov Fizuli Zöhrab
oğlu;
“Şəki-Qax” marşrutu üzrə fiziki şəxs Fərruxzadə Elbrus Elxan oğlu qalib elan olunublar.
Qeyd edək ki, marşrutxətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil olunur.
Digər xəbərlər
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir