66, 126 və 340 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
20 Fevral, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində
qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı
olaraq Suraxanı rayonunu “Neftçilər” metrostansiyası ilə əlaqələndirən 66 nömrəli
şəhərdaxili, Şonqar qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə birləşdirən 126
nömrəli, eləcə də Binə və Mərdəkan qəsəbələrini əlaqələndirən 340 nömrəli şəhərətrafı
avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
66 nömrəli şəhərdaxili və 340 nömrəli şəhərətrafı marşrutlar
üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 126 nömrəli şəhərətrafı marşrut üzrə “BMH” MMC
komissiya üzvləri tərəfindən qalib elan
olunub.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq
qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada
müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin
keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim
edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,
Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən
“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil
olunur.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir