525 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir
23 Iyun, 2025
Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi”
metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan
avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
AYNA tərəfindən daşıyıcıya marşrut xəttinin nizamlı
fəaliyyəti, avtobus sayının sərnişin tələbata uyğun nizamlanması və parkın
yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci ilin istehsalı olan 10 müasir
və komfortlu avtobus gətirilərək bu gündən daşımalara cəlb edilib. “King Long”
markalı avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Hazırda sərnişin tələbatına əsasən marşrutda 20
avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli
qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən
sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin
sayı artırılaraq 24-ə çatdırılacaq.
Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş
nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat
vasitələrində müvafiq avadanlıq quraşdırlıb.
Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.
Digər xəbərlər
22 Iyul, 2026
17, 18 iyul tarixlərində gündüz və gecə görülən işlərin xronikası
22 Iyul, 2026
"Dream Fest” ziyarətçiləri üçün AYNA tərəfindən xüsusi avtobuslar ayrılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
21 Iyul, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
17 Iyul, 2026
525 nömrəli marşrutun fəaliyyəti təkmilləşdirilir