31 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
01 Oktyabr, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq
Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə
və əks istiqamətdə, Mingəçevir-Zaqatala, Şəki-Mingəçevir, Bərdə-Sumqayıt şəhərlərarası,
Yəhərçi Qazaxlar kəndi (Goranboy) – Gəncə (avtovağzal), Kür qəsəbəsi (Şəmkir) –
Gəncə (avtovağzal), Qaraağaclı kəndi (Goranboy) – Gəncə (Dəmiryol vağzalı) rayonlararası,
Qaratoba kəndi – Qusar (avtovağzal), Zərdabi kəndi (Quba) – Heydər Əliyev
prospekti (Mərkəzi Bazar), İqrığ kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi
Bazar) rayondaxili, həmçinin qanunvericiliyin tələblərinə
uyğunlaşdırılması məqsədilə paytaxtın 1, 2, 3, 4 ,5, 6, 10, 11, 13, 14, 40,
104 və 165 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
30 oktyabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində
(ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov
– tel.: 050-444-10-75, e-poçt: anar.mammadov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı-Sınıq Körpü
(Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Göyçay, Bakı-Lənkəran, Bakı-Astara, Mingəçevir-Bərdə,
Bərdə-Mingəçevir istiqamətlərində 9 lot üzrə noyabrın 4-də;
Mingəçevir-Zaqatala,
Şəki-Mingəçevir, Bərdə-Sumqayıt istiqamətlərində 3 lot üzrə noyabrın 7-də;
paytaxtın
1 nömrəli ("28 May" m/st – "Neftçilər" m/st), 2 nömrəli
(Bakı Beynəlxalq Avtovağzal Kompleksi – "Dərnəgül" m/st), 3 nömrəli
("Dərnəgül" m/st – Badamdar qəsəbəsi), 4 nömrəli (Bakı Ağ Şəhər yaşayış
sahəsi – Montin yaşayış massivi) və 5 nömrəli ("Nəriman Nərimanov"
m/st – "20-ci Sahə" dairəsi) şəhərdaxili avtobus marşrutları üzrə 5
lotda noyabrın 21-də;
paytaxtın
6 nömrəli ("Azadlıq prospekti" m/st – “20-ci Sahə” yaşayış massivi),
10 nömrəli (Bakı Ağ Şəhər yaşayış sahəsi – Yasamal yaşayış kompleksi (MİDA)),
11 nömrəli (Dəmiryol vağzalı – İbrahim Əbilov küçəsi), 13 nömrəli
("Koroğlu" NMM – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) və 14 nömrəli
("28 May" m/st – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) şəhərdaxili
avtobus marşrutları üzrə 5 lotda noyabrın 25-də;
paytaxtın
40 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu d/st – Günəşli qəsəbəsi), 104 nömrəli
("Həzi Aslanov" m/st – Yeni Suraxanı qəsəbəsi) və 165 nömrəli (A.M.Şərifzadə
küçəsi – Mehdiabad qəsəbəsi) şəhərdaxili avtobus marşrutları üzrə 3 lotda
noyabrın 27-də baxılacaq.
Lotlar
üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə
uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma
sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb