16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
27 May, 2025
Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki,
Bakı-Astara, Bakı-Ağcabədi, Bakı-Ağdaş, Bakı-Beyləqan, Bakı-Qəbələ, Mingəçevir-Zərdab,
Mingəçevir-Qax, Mingəçevir-Tərtər, Sabirabad-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə, Xankəndi-Bərdə,
Şəki-Qax şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə
“Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel
tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair
müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər
25 iyun saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri,
Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:
050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Qeyd
edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim
olunmalıdır.
İddiaçıların
təkliflərinə komissiya tərəfindən Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Şəki,
Bakı-Astara, Bakı-Ağcabədi istiqamətlərində 5 Lot üzrə iyulun 4-də;
Bakı-Ağdaş,
Bakı-Beyləqan, Bakı-Qəbələ, Mingəçevir-Zərdab istiqamətlərində 5 Lot üzrə iyulun
8-də;
Mingəçevir-Qax,
Mingəçevir-Tərtər, Sabirabad-Gəncə, Gəncə-Qazax istiqamətlərində 5 Lot üzrə iyulun
11-də;
Qazax-Gəncə,
Xankəndi-Bərdə, Şəki-Qax istiqamətində 4 Lot üzrə iyulun 15-də baxılacaq.
Qeyd
edək ki, Xankəndi-Bərdə və Şəki-Qax istiqamətlərində marşrut xətləri pasportda
qeyd edilən qrafiklər əsasında fəaliyyət göstərəcək.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı
buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası
(rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən
xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb