156 və 158 nömrəli müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
05 Fevral, 2025
Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində paytaxtın 156
və 158 nömrəli
şəhərətrafı müntəzəm avtobus
marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı
haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı
ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqə üçün sənədlər 6 mart 2025-ci il saat 17:00-dək Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi
5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla
yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə
komissiya tərəfindən 156 nömrəli
şəhərətrafı (Hökməli qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası (“Beton yol” əlaqələndirməklə)) və 158 nömrəli şəhərətrafı (Xocəsən qəsəbəsi – “Memar Əcəmi” metrostansiyası) avtobus
marşrutları üzrə 2
Lotda aprelin 4-də baxılacaq.
Lotlar üzrə marşrutların
qrafikləri haqqında məlumatı buradan əldə
edə bilərsiniz.
Digər xəbərlər
03 Iyun, 2026
Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur
02 Iyun, 2026
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək
02 Iyun, 2026
Daha 2 ünvanda minib-düşmə yeri yaradılıb
01 Iyun, 2026
3 şəhərətrafı və 1 şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
01 Iyun, 2026
İstirahət günlərində 102 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb