149E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
19 Iyun, 2026
Qaradağ rayonunun Sahil qəsəbəsi – “Sahil” metrostansiyası
istiqamətində sərnişin tələbatının ödənilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi
məqsədilə test rejimində 149E nömrəli ekspres marşrutu təşkil edilir.
İyunun 22-dən 6 ədəd “Neoplan” markalı avtobus qəsəbəni
metronun “Sahil” stansiyası ilə əlaqələndirəcək.
Marşrutun fəaliyyət qrafiki sərnişin axınının
intensiv olduğu saatlara əsasən müəyyən edilib. Avtobuslar səhər saat 06:45-dən
10:00-dək, axşam isə saat 17:00-dan 20:00-dək 15-20 dəqiqə hərəkət intervalı ilə
sərnişinlərin xidmətində olacaq.
Marşrut üzrə gedişhaqqı 1,30 AZN müəyyən edilib.
149E nömrəli ekspres marşrutu üzrə “Sahil”
metrostansiyası, Dövlət Bayrağı Meydanı, “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi,
Bakı-Salyan şosesi 16, Sahil qəsəbəsində 253 nömrəli tam orta məktəb, 16 nömrəli
Bakı Peşə Məktəbi, 319 nömrəli tam orta məktəb, Məhərrəm Seyidov küçəsi 168,
301 nömrəli Körpələr evi – uşaq bağçası, 9 nömrəli xüsusi internat məktəbi dayanacaq məntəqələri kimi təyin
edilib.
Digər xəbərlər
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
04 Sentyabr, 2026
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
04 Sentyabr, 2026
32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
04 Sentyabr, 2026
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
04 Sentyabr, 2026
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunur